Reklam verin!
Yuma Ailə Jurnalı

Qarabağ probleminin həlli yolunda

Yazar: tamerlanbey

 H.Aliyev Qarabağ probleminin helli yolunda elinden geleni etmişdir!           

        H.Aliyev

 

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli Heydər Əliyevin xarici siyasətində başlıca yer tuturdu. Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə tarixi qayıdışından sonra münaqişənin aradan qaldırılmasına nail olmaq üçün göstərdiyi fəaliyyəti, ən yüksək səviyyədə dövlət başçıları və nümayəndə heyətləri ilə ikitərəfli və eləcə də çoxtərəfli görüşlərdə, beynəlxalq forumlarda, ATƏT-in zirvə görüşlərində, Minsk qrupunun həmsədrləri ilə aparılan müzakirələrdə, həmçinin Ermənistan Prezidenti ilə təkbətək danışıqlarda göstərdiyi ardıcıl səylər Heydər Əliyevin siyasətinin mühüm hissəsini təşkil edirdi.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi və mahiyyəti, onun törətdiyi nəticələr dünya birliyinə yaxşı məlumdur. Bu münaqişə əzəli Azərbaycan torpağı olan Dağlıq Qarabağı qoparıb özünə birləşdirməyə çalışan Ermənistanın Azərbaycana ərazi iddiaları nəticəsində yaranmışdır. 1988-ci ildə münaqişə başlananda keçmiş Sovet İttifaqının rəhbərliyinin Azərbaycana qarşı ədalətsiz və qərəzli mövqeyi, problemin vaxtında qarşısını almaq istəməməsi nəticəsində münaqişə dərinləşərək mühaibəyə çevrildi.

1991-1992-ci illərdə hərbi əməliyyatlar geniş vüsət almağa başladı. Erməni silahlı birləşmələri ən müasir silahlardan istifadə edərək 1992-ci ilin fevral ayında Azərbaycanın Dağlıq Qarabağ bölgəsində 800 nəfərin ölümü ilə nəticələnən Xocalı soyqırımını həyata keçirdi. 1992-ci ilin mayında isə bu hücumlar Şuşanın, sonra da Laçının süqutu ilə nəticələndi. Beləliklə, erməni silahlı qüvvələri Dağlıq Qarabağın ətrafındakı rayonların da işğalına başladı. BMT-nin Təhlükəsizlik Şurasının 822, 853, 874, 884 nömrəli qətnamələrində erməni silahlı birləşmələrinin Azərbaycan torpaqlarından dərhal və qeyd-şərtsiz çıxarılması və qaçqınların öz doğma yerlərinə qaytarılması tələb olunsa da, bu sahədə beynəlxalq ictimaiyyətin səylərinə və çağırışlarına məhəl qoymayan erməni silahlı birləşmələri Azərbaycan rayonlarını işğal etməkdə davam etdi. 1993-cü ilin aprelindən başlayaraq bir neçə ay ərzində Kəlbəcər, Ağdam, Cəbrayıl, Qubadlı, Füzuli, Zəngilan işğal olundu. Onu da qeyd etmək lazımdır ki, Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti beynəlxalq ictimaiyyət tərəfindən pislənsə də, Erməinstan faktiki olaraq heç bir dövlət tərəfindən təcavüzkar kimi tanınmadı. Yalnız 1993-cü ilin aprel ayında Pakistanın Kəraçi şəhərində İslam Konfransı Təşkilatının 21-ci konfransında Ermənistanın təcavüzkar dövlət olduğu bəyan edildi.

O zamankı Azərbaycan rəhbərliyinin səriştəsizliyindən, ölkədə baş verən hərc-mərclikdən, hakimiyyət uğrunda gedən qanlı münaqişələrdən istifadə edən Ermənistan Azərbaycanın əzəli torpaqları olan Dağlıq Qarabağda qeyri-konstitusion hakimiyyət stukturlarını yaratmağa başladı. Nəticədə Dağlıq Qarabağ separatçıların və Ermənistan silahlı qüvvələrinin tam hərbi nəzarəti altına düşdü.

1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə ölkədə hakimiyyət dəyişikliyi baş verdi. Bir tərəfdən Azərbaycanın ərazi bütövlüyünün pozulması, torpaqların verilməsi, digər tərəfdən ölkənin parçalanması təhlükəsi qarşısında qaldığını görüb buna dözmək istəməyən xalqın çağırışı ilə hakimiyyətə qayıdan Heydər Əliyev ölkədə baş qaldırmış separatçı qüvvələri, Azərbaycan dövlətçiliyinə, müstəqilliyinə, ərazi bütövlüyünə qəsdlər törədən cinayətkar qrupları zərərsizləşdirdi, ölkədaxili ictimai-siyasi sabitliyi, dövlət ilə xalqın birliyini, yekdilliyini təmin etdi.

Heydər Əliyevin Azərbaycanın müstəqilliyini, ərazi bütövlüyünü qorumaq, ölkədə ictimai-siyasi sabitliyə nail olmaq istiqamətində təxirəsalınmaz vəzifələrdən biri davam etməkdə olan Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı qəti addımlar atmaqdan ibarət idi. Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra Milli Ordumuzun formalaşdırılması, onun döyüş qabiliyyətinin yüksəldilməsi, torpaqlarımızın müdafiə olunması üçün geniş miqyaslı tədbirlərin həyata keçirilməsi nəticəsində hərbi qarşıdurmada tarazlıq yarandı.

 

Davamı...

Baxış sayı: 102

Bookmark and Share

Goranboyda tehsil

Yazar: tamerlanbey

Təhsil millətin gələcəyidir

Ölkəmizdə hərtərəfli inkişaf mexanizminə istinadən hazırda təhsil sahəsi də özünün inkişaf mərhələsini yaşayır. Ümumilli liderimiz Heydər Əliyev tərəfindən əsası qoyulmuş Təhsil İslahatı Proqramına Ölkə prezidenti cənab İlham Əliyevin təhsil sahəsində imzaladığı Fərman və sərəncamların yerinə yetirilməsi nəticəsində uğurla davam etdirilir. Ölkə rəhbərliyi tərfindən təhsilin inkişafına göstərdiyi yüksək diqqət və qayğıya cavab olaraq son illər Goranboy rayonunuda da məktəblərin maddi-texniki və tədris bazasının möhkəmləndirilməsində, təhsilin inkişafında, şagirdlərin təlim-tərbiyəsində, təlim kefiyyətində xeyli müvəffəqiyyətlər əldə olunmuşdur.

«Regionların sosial-iqtisadi inkişafı haqqında» Dövlət Proqramına uyğun olaraq 2007-ci ildə Şəhər 1 saylı orta məktəb üçün 480 yerlik 24 sinif otağı olan əlavə tədris korpusu tikilib istifadəyə verilmiş, Balakürd kənd orta məktəbi əsaslı təmir olunmuş, Xınalı kənd orta məktəbi üçün 60 yerlik 3 sinif otağı tikilib istifadəyə verilmişdir. Məktəblər yeni inventar və avadanlıqlarla təchiz olunmuşdur. Ümumiyyətlə 2007-ci il ərzində 299 min manatlıq təmir-tikinti işləri aparılmış, 64 min 870 manatlıq inventar və avadanlıq alınmışdır.
2005-2006-cı illər ərzində Heydər Əliyev Fondunun təşəbbüsü ilə «Yeniləşən azərbaycan yeni məktəb» proqrammı çərçivəsində rayonda 1000 şagird yerlik 5 məktəb tikilib istifadəyə verilmiş, həmin məktəblərdə tədris üçün hər cür şərait yaradılmışdır. Bir müddət əvvəl şagird masasına ehtiyac olduğu halda hazırda bu məktəblərdə şagirdlərimiz internet vasitəsilə dünya informasiya xəttinə qoşulmağa qadirdir. Gənclərin asudə vaxtını səmərəli keçirmək məqsədilə Goranboy şəhərinin mərkəzində idmanın 8 növü üzrə yarışların keçirilməsinə imkan verən İdman Sarayı tikilib istifadəyə verilmişdir.
«Ümumtəhsil məktəblərinin İnformasiya Kommunikasiya Texnologiyaları ilə təminatı» Dövlət Proqramının (2005-2007-ci illər) tələblərinə əsasən hazırda rayonun 69 məktəbində 461 komputer və 13 dəst Nootbuk və proyektorlar quraşdırılmış və onlar tədris diskləri ilə təmin olunmuşdur. Məktəblərin informasiya fənnini tədris edən müəllimlərin hamısı kurslardan keçmiş, V-XI siniflərdə hər 33 şagird 1 komputer nisbəti təmin edilmişdir.

«Yoxsulluğun azadılması haqqında» Dövlət Proqramına uyğun olaraq dərs ilinin əvvəlində I-XI sinif şagirdləri üçün 91 adda 67 min 60 nüsxə dərslik pulsuz olaraq məktəblərə paylanmış, latın qrafikası ilə çap olunan 247 adda 39 min 734 nüsxə bədii və elmi ədəbiyyatlar ölkə prezidentinin hədiyyəsi kimi məktəblərin kitabxanalarına verilmişdir.
İstedadlı şagirdlərin aşkara çıxarılması, onların arzu və maraqlarına uyğun ixtisas və peşəseçmə vərdişlərini formalaşdırmaq üçün «İstedad Bankı» yaradılmışdır.
2007-2008-ci dərs ilində fənn olimpiadalarının I turunda 831 nəfər şagird iştirak etmiş, 76 nəfər I turun qalibi olmuş, II turda onlardan 6 nəfəri Respublika turunun iştirakçısı adını qazanmışdır.

Ümumilli lidermiz Heydər Əliyevin azərbaycançılıq ideyasından nəşət edən Milli ruhda tərbiyə, vətənpərvərlik, azərbaycançılıq tərbiyəsi əsas məsələlərdən olmuşdur. Ona görə də Milli-mənəvi dəyərlərə əsaslanan tərbiyə, vətənpərvərlik və azərbaycançılıq tərbiyəsi ilə əlaqədar məsələlər həmişə gündəmdə durmuş və bu sahədə xeyli işlər görülmüşdür.

2006-2007-ci dərs ilində orta məktəbi bitirən məzunlardan ali məktəbə qəbul olunmaq üçün sənəd vermiş, 899 nəfərdən 347 nəfəri ali və orta ixtisas məktəblərinə qəbul olunmuşdur ki, bu da əvvəlki ildən 39 nəfər çoxdur. 6 nəfər 600-dən yuxarı bal toplamışdır. Şadılı kənd orta məktəbinin məzunu Günay Əhmədova 662 balla Prezident təqaüdünə layiq göürülmüşdür. 5 nəfər Ali Hərbi məktəblərə qəbul olunmuşdur. Rayon üzrə 1 məktəbdə təlim rus dilində, 2 məktəbdə azərbaycan-rus dilində, 78 məktəbdə isə təlim azərbaycan dilində aparılır. Cəmi məktəblərin sayı 81-dir. Bunlardan 60-ı orta, 11-i əsas, 10-u isə ibtidai məktəblərdir. Hazırda 1294 sinif komplektində 17997 nəfər şagird təhsil alır. Onların təlim-tərbiyəsilə 3067 nəfər müəllim məşğul olur ki, bunlardan 2766 nəfəri ali, 140 nəfəri orta pedoqoji təhsillilər, 161 nəfəri təhsilini davam etdirənlərdir. Müəllimlərdən 4 nəfəri «Əməkdar müəllim», 2429 nəfəri I dərəcəli müəllimdir. 3 ilə qədər stajı olan gənc müəllimlər 82 nəfərdir. Müəllimlərin ümumi sayından 2514 nəfəri qadınlar, 553 nəfəri isə kişi müəllimləridir. 3 nəfəri orden və medallarla təltif olunmuş, 22 nəfər Qabaqcıl təhsil işçisidir.

Rayonda 5 məktəbdənkənar müəssisə, 30 məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir.
Təhsilimizin bu günkü reallığı tam əminliklə deməyə əsas verir ki, ümumilli Lidermiz Heydər Əliyevin rəhbərliyi ilə təhsil sahəsində aparılmış köklü islahatların məqsədi yalnız hərtərəfli biliyə və savada malik insanlar yetirmək yox, həm də müstəqil, demokratik, açıq cəmiyyət quruculuğu işində fəal iştirak edən əsl vətəndaşlar tərbiyə etməkdir. Heydər Əliyevin «Təhsil millətin gələcəyidir» müdrik fikirinin əsas məqəsdi də məhz bundan ibarət olmalıdır.

          Menbe: http://www.goranboy-ih.gov.az

             Goranboy

 

Baxış sayı: 101

Bookmark and Share

TamerlanbeyAzeriblogCom İdare Heyeti

Yazar: tamerlanbey

Eziz istifadeçiler!

Eger siz Tamerlan beyin butun yazılarını

olduğu kimi oxumaq isteyirsinizse(Xocalı

Tamerlan beyin gözü ile, 8 Mart ve s.

yazıları) aşağıdakı ünvanı seçin ve  

Azerbaycan şriftini kompüterininze elave

edin(Pusk-Nastroyka-Panel upravlenie- 

Şrift bolmesine fayli salmaqla) ve Opera

yaxud Explore ile sayta daxil olun!

 

http://www.boxca.com/pus77y0jcqtb/Az3_Times_AzLat.TTF.html

 

TamerlanbeyAzeriblogCom İdare Heyeti

Baxış sayı: 106

Bookmark and Share

Şagird Komitəsi

Yazar: tamerlanbey

Şagird Komitesinin sedri Tamerlan bey

Damirbaylinin Şagird Komitesinin

Komissiyaları üçün aprel ayina dair

İş planları aşağıdakı 8 yazılardan

ibaretdir! Eger, fikrinizi (irad, 

tenqid ve ya tebrikinizi) bildirmek

isteyirsinizse Şerhler bölmesini seçin!

Baxış sayı: 116

Bookmark and Share

Şagird Komitəsi

Yazar: tamerlanbey

Goranboy şəhəri 02 saylı orta məktəbin

Şagird Komitəsinin Valideynlərlə iş üzrə  

Komissiyasının 2008-ci ilin aprel ayına olan 

                  İ ş   p l a n ı

                   1          2
             Görüləcək işlərGörüləcək işlərin məqsədi
Məktəbin spesifik (müsbət və mənfi mənada) şagirdlərinin valideynlərinin məlumatlandırılmasıSpesifik (müsbət və mənfi mənada) şagirdlər üzərində xüsusi diqqətin ayrılması
Həmin şagirdlərin oxuduqları siniflərdə valideynlər iclası təşkil edilməsiValideynlər tərəfindən də onlara xüsusi qayğı göstərilməsi
4 dənədən az olmayaraq Valideynlə iş üzrə Şagirdlər Qruplarının (I, II, III, IV Şagirdlər Qrupu)yaradılması Ayın hər bir həftəsinin ən azı bir Valideynlərlə iş üzrə Şagirdlər Qrupunun fəaliyyət həftəsi kimi qeydə alınması
2 dəfədən az olmayaraq Valideynlə iş üzrə Şagirdlər Qruplarının iclasının keçirilməsiŞagird Komitəsinin Valideynlərlə iş üzrə  Komissiyası tərəfindən Valideynlə iş üzrə Şagirdlər Qruplarının üzvlərinin təlimatlandırılması və onların iş qabiliyyətlərinin aktivləşdirilməsi
Valideynlə iş üzrə Şagirdlər Qruplarının iş fəaliyyətləri barədə hesabatların təşkil olunmasıValideynlə iş üzrə Şagirdlər Qruplarının iş fəaliyyətinin keyfiyyət faizininhesablanması
Şagird Komitəsinin Valideynlərlə iş üzrə  Komissiyasının gördüyü işlər barədə hesabatının hazırlanmasıŞagird Komitəsinin Valideynlərlə iş üzrə  Komissiyasının iş fəaliyyətinin keyfiyyət faizininhesablanması

Baxış sayı: 120

Bookmark and Share

Şagird Komitəsi

Yazar: tamerlanbey

Goranboy şəhəri 02 saylı orta məktəbin

   Şagird Komitəsinin Təlim işləri üzrə 

    Komissiyasının2008-ci ilin aprel ayına olan

                     İ ş   p l a n ı 

 

1                   2            3
 Sıra  №-si Görüləcək işlər   Görüləcək işlərin məqsədi
14 dənədən az olmayaraq Təlimçilər Qruplarının(I, II, III, IV  Növbətçilər Qrupu) yaradılması və qrup üzvlərinin siyahılaşdırılmasıAyın hər bir həftəsinin ən azı bir Təlimçilər Qrupunun fəaliyyət həftəsi kimi qeydə alınması
2Məktəbdaxili nizamı pozmuş şagirdlərin adlarının və hərəkətlərinin qeydə alınması və ayın sonunda Şagird Komitəsinin Təlim işləri üzrə üzrə  Komissiya tərəfindən səhvlərin düzəldilməsi perspektivləri barədə iclas keçirilməsiMəktəbdaxili nizam-intizamın təşkili
32 dəfədən az olmayaraq Təlimçilər Qrupunun iclasının keçirilməsiŞagird Komitəsinin Növbətçilərlə iş üzrə  Komissiyanı tərəfindən Təlimçilər Qruplarının üzvlərinin təlimatlandırılması və onların iş qabiliyyətlərinin aktivləşdirilməsi
4Təlimçilər Qrupunun iş fəaliyyətləri barədə hesabatların təşkil olunması

Təlimçilər Qrupunun iş fəaliyyətinin keyfiyyət faizinin

hesablanması

5Şagird Komitəsinin Təlim işləri üzrə üzrə  Komissiyanın gördüyü işlər barədə hesabatının hazırlanması

Şagird Komitəsinin Təlim işləri üzrə üzrə  Komissiyanın iş fəaliyyətinin keyfiyyət faizinin

hesablanması

Baxış sayı: 117

Bookmark and Share

Şagird Komitəsi

Yazar: tamerlanbey

 Goranboy şəhəri 02 saylı orta məktəbin

 Şagird Komitəsinin Təmizlik və səhiyyə   

         işləri üzrə  Komissiyasının

        2008-ci ilin aprel ayına olan

                 İ ş   p l a n ı

 

1                     2           3
 Sıra  №-si    Görüləcək işlər   Görüləcək işlərin məqsədi
14 dənədən az olmayaraq Təmizlik Qruplarının və Səhiyyə Qruplarının(I, II, III, IV  Növbətçilər Qrupu) yaradılması və qrup üzvlərinin siyahılaşdırılmasıAyın hər bir həftəsinin ən azı bir Təmizlik Qrupunun və Səhiyyə Qrupunun fəaliyyət həftəsi kimi qeydə alınması və həftənin ən azı bir gününün təmizlik və səhiyyə günü kimi qeyd edilməsi
2Məktəbdaxili təmizlik və səhiyyə sahəsinə maneəçilik törədən  şagirdlərin adlarının və hərəkətlərinin qeydə alınması və ayın sonunda Şagird Komitəsinin Təmizlik və Səhiyyə işləri üzrə üzrə  Komissiya tərəfindən səhvlərin düzəldilməsi perspektivləri barədə iclas keçirilməsiMəktəbdaxili təmizlik və səhiyyə sahəsinə xüsusi nəzarət olunması
3Həftənin təmizlik günlərində məktəbin səhmana salınması və həftənin səhiyyə günlərində məktəbin siniflərinin bir kiçik və məktəb koridorlarının 10 orta həcmli zibil qablarının qoyulması probleminin həll olunmasıMəktəbdaxili təmizlik və səhiyyə sahəsinin inkişaf etdirilməsi
42 dəfədən az olmayaraq  Təmizlik Qruplarının və Səhiyyə Qruplarının iclasının keçirilməsiŞagird Komitəsinin Təmizlik və Səhiyyə işləri üzrə üzrə  Komissiyaın tərəfindən Təlimçilər Qrupları üzvlərinin təlimatlandırılması və onların iş qabiliyyətlərinin aktivləşdirilməsi
5Təmizlik Qruplarının və Səhiyyə Qruplarının iş fəaliyyətləri barədə hesabatların təşkil olunmasıTəmizlik Qruplarının və Səhiyyə Qruplarının iş fəaliyyətinin keyfiyyət faizininhesablanması
6Şagird Komitəsinin Təmizlik və Səhiyyə işləri üzrə üzrə  Komissiyaın gördüyü işlər barədə hesabatının hazırlanmasıŞagird Komitəsinin Təmizlik və Səhiyyə işləri üzrə üzrə  Komissiyaın iş fəaliyyətinin keyfiyyət faizininhesablanması

Baxış sayı: 125

Bookmark and Share

Şagird Komitəsi

Yazar: tamerlanbey

Goranboy şəhəri 02 saylı orta məktəbin

Şagird Komitəsinin İdman  işləri üzrə 

             Komissiyasının

  2008-ci ilin aprel ayına olan

                İ ş   p l a n ı

1                       2                         3
 Sıra  №-si                                              Görüləcək işlər   Görüləcək işlərin məqsədi
1Məktəbin idmançılarının və onların fəaliyyət göstərdikləri idman sahələrinin siyahılaşdırılmasıİdmançı şagirdlərə  spesifikləşdirilərək xüsusi diqqət göstərilməsi
2Xüsusi qabiliyyətli şagirdlərin qabiliyyət və bacarıqlarının inkişaf etdirilməsi üçün tədbirlər görülməsi və bu tədbirlərin sənədləşdirilməsiİdmançı şagirdlərin qabiliyyət və bacarıqlarının inkişafı və asudə vaxtlarının səmərəli təşkili
34 dənədən az olmayaraq İdmançılar Qruplarının (I, II, III, IV İdmançılar Qrupu) yaradılması Ayın hər bir həftəsinin ən azı bir İdmançılar Qrupunun fəaliyyət həftəsi kimi qeydə alınması
42 dəfədən az olmayaraq İdmançılar Qruplarının iclasının keçirilməsiŞagird Komitəsinin İdman  işləri üzrə  Komissiya tərəfindən İdmançılar Qruplarının üzvlərinin təlimatlandırılması və onların iş qabiliyyətlərinin aktivləşdirilməsi
5İdmançılar Qruplarının iş fəaliyyətləri barədə hesabatların təşkil olunması

İdmançılar Qruplarının iş fəaliyyətinin keyfiyyət faizinin

hesablanması

6Şagird Komitəsinin İdman  işləri üzrə  Komissiyasının gördüyü işlər barədə hesabatının hazırlanması

Şagird Komitəsinin İdman  işləri üzrə  Komissiyasının iş fəaliyyətinin keyfiyyət faizinin

hesablanması

Baxış sayı: 115

Bookmark and Share

Şagird Komitəsi

Yazar: tamerlanbey

Goranboy şəhəri 02 saylı orta məktəbin

Şagird Komitəsinin Əmək  işləri üzrə         

            

               Komissiyasının

 

       2008-ci ilin aprel ayına olan

                    İ ş   p l a n ı 

1                         2

          3

 Sıra  №-si         Görüləcək işlər

  Görüləcək

işlərin məqsədi

1

Xüsusi qabiliyyətli (elmi

və digər sahələrdəki) 

Şagirdlərinin adlarının və

qabiliyyətlərinin

siyahılaşdırılması

Xüsusi qabiliyyətli 

şagirdlərin spesifik-

ləşdirilməsi

2

Xüsusi qabiliyyətli şagirdlərin

qabiliyyət və bacarıqlarının

inkişaf etdirilməsi üçün

tədbirlər görülməsi və bu

tədbirlərin sənədləşdirilməsi

Şagirdlərin qabiliyyət

və bacarıqlarının

inkişafı və asudə

vaxtlarının səmərəli

təşkili

3

4 dənədən az olmayaraq

Əməkçilər Qruplarının

(I, II, III, IV Əməkçilər

Qrupu) yaradılması

Ayın hər bir

həftəsinin ən azı

bir Əməkçilər Qrupunun

fəaliyyət həftəsi

kimi qeydə alınması

4

2 dəfədən az olmayaraq

Əməkçilər Qruplarının

iclasının keçirilməsi

Şagird Komitəsinin

Əmək  işləri üzrə 

Komissiya tərəfin-

dən Əməkçilər

Qruplarının üzvləri-

nin təlimatlandırılması

və onların iş

qabiliyyətlərinin

aktivləşdirilməsi

5

Əməkçilər Qruplarının iş

fəaliyyətləri barədə

hesabatların təşkil

olunması

Əməkçilər Qruplarının

iş fəaliyyətinin

keyfiyyət faizinin

hesablanması

6

Şagird Komitəsinin Əmək 

işləri üzrə  Komissiyasının

gördüyü işlər barədə

hesabatının hazırlanması

Şagird Komitəsinin

Əmək  işləri üzrə 

Komissiyasının

iş fəaliyyətinin

keyfiyyət faizinin

hesablanması

   

Baxış sayı: 117

Bookmark and Share

Şagird Komitəsi

Yazar: tamerlanbey

Goranboy şəhəri 02 saylı orta məktəbin Şagird

Komitəsinin Mədəni Kütləvi işlər üzrə 

Komissiyasının 2008-ci ilin aprel ayına olan

                        İ ş   p l a n ı  

1                      2              3
 Sıra  №-si    Görüləcək işlər Görüləcək işlərin məqsədi
1Məktəbdə Şagird Komitəsinin arxiv fondunun yaradılmasıŞagird Komitəsinin gördüyü işlər barədə sənədlərin qorunması
2Son 2 ildə keçirilmiş mədəni kütləvi işlərin protokollaşdırılmasıŞagird Komitəsinin arxiv fondunun zənginləşdirilməsi
3Məktəbin “Ədəb-Ərkan” divar qəzeti üçün məqalələrin hazırlanması, bunun üçün şagirdlərin arasında geniş təbliğat fəaliyyətinin aparılmasıŞagirdlərin qabiliyyət və bacarıqlarının zəndinləşdirilməsi
44 dənədən az olmayaraq Təşkilatçılar Qrupunun (I, II, III, IV Təşkilatçılar Qrupunun) yaradılması Ayın hər bir həftəsinin ən azı bir Təşkilatçılar Qrupunun fəaliyyət həftəsi kimi qeydə alınması
5