Ana Səhifə
IRELIonline



         Arxiv

  


                  Xəbərlər
Məktəb Parlamenti ilk iclasını keçirib
04/10/2008
Məktəb Parlamenti ilk iclasını keçirib
3 oktyabr tarixində İntellekt liseyin Heydər Əliyev muzeyində Məktəb parlamentinin ilk iclası keçirildi. İclası ilk olaraq liseyin dərs hissə müdiri və parlamentin koordinatoru açdı. İclasda parlamentdə ilk dəfə iştirak edən üzvlərə parlamentin vəzifələri və görüləcək işləri haqqında ətraflı məlumat verildi. Daha sonra isə keçən ildə seçilmiş Konstitutsiya komitəsi sədrinin, spikerin, deputatların vəzifə və hüquqlarından ...
 

GƏLİN ÖZÜMÜZÜ ÖZÜMÜZDƏ AXTARAQ !
03/10/2008
GƏLİN ÖZÜMÜZÜ ÖZÜMÜZDƏ AXTARAQ !
Sizə bu gün bəhs edəcəyim mövzu cizgi filimləri ilə bağlıdır. Deyəcəksiz ki, bu yekə oğlan hələ də cizgi filimlərindən ayrılmayıb. Nə deyim düz deyirsiz. Mən hələ də cizgi filimlərinə baxmaqdayam nə edim bunun öz səbəbi var.Gəlin başlayaq o səbəbləri açmağa. Təsəvvür edin evinizdə X adlı uşaq böyüyür və sizdən cizgi filmi, nağıllar, kompyuter oyunları tələb edir. Sizdə gedirsiniz dükana küllü miqdarda pul verib gəlirsiz evə. qoşursuz televizoru uşağıda əyləşdirirsiniz televizorun qarşısında. Uşaqda marağından səsin çıxarmır bir sözlə başı qarışır, siz də sakit işlərinizi görürsüz. Amma heç təsəvvür də etmirsiniz ki, uşağınız zəhərlənir - hələ ki, fizik yox mənəvi. İndi deyəcəksinizki nə boş-boş danışırsan mən tərbiyə verirəm. Qarşı çıxmıram amma bir az səbirli olub mənə qulaq asın. O gün sizin kimi getdim cizgi filimləri olan disk aldım. Gəldim evə bir qayda olaraq televizoru qoşdum və əyləşdim qarşısında. İlk olaraq rus cizgi filimləri qarşıma çıxdı.

RUS CİZGİ FİLMİ: Bütün mənfi persanajlar bilirsiz kim idi? Əlbətdəki bizim əjdadlarımız düz tapdınız. Afərin. Aha bu cizgi filimlərdə musurmani, basurmani, neçesti daha nələr eşidmədim hamısı da biz vallah. Bizim belə qorxulu olduğumuzdan xəbərim yox idi. Nağıllarımızda olan div persanajı onlarda türklərdir.Aha xırda detaldan böyük problemlər yaranır.

1)Uşaqlar baxır və başlayır musurmanindən qorxmağa. Əvvəl yuxusuna girir sonra anası onu yedizdirənə və uşaq isə yeməyəndə musurmaninlə onu qorxudur. Yadınıza salım ki div artıq dəbdə deyil uşaq ancaq musurmanindən qorxur. Bilmirki bu bədbəxt özü musurmanindir. Bu X uşaq ağlı kəsəndə ki o musurmanindir başlayır öz kökünə nifrət edməyə. Bu da çox təbiidir. Biz yaxşı və pis əməlləri uşaqlıqda bizə göstərilən kimi anlayırıq. Yadınıza salım ki ...
 

Biri var idi, biri yox idi….
29/09/2008
Biri var idi, biri yox idi….
Biri var idi, biri yox idi Azərbaycan adlı bir məmləkət var idi.... Onun sahəsi çox böyük idi. 1813-cü il Gülüstan və 1828-ci il Türkmənçay müqavilələri əsasında Azərbaycan xalqının və torpaqlarının parçalanmasının əsası qoyuldu. İllər keçdikcə ərazimiz kiçildi. Azərbaycan Rusiya və İran tərəfindən işğal edildi.Yenə də illər ötdü. Yenə torpaqlarımız getdi. Bu da azmış kimi erməni qəsbkarları bu serialı davam etdi, onların baş rol aldığı seriyalarda isə ağlamalı səhnələr daha çox idi. Azərbaycan Türkiyə istehsalı olan filmlərə baxıb ağlayır, bəs özümüz üçün kim ağlasın? Bizim halımız o qeyri-real serialdakı hadisələrdən yaxşıdırmı? Görəsən kiçilməkdə davam edəcək yoxsa əksinə ALLAHın bizə rəhmi gələcək... Bizim özümüzün özümüzə rəhmi nə vaxt gələcək?

Biri var idi, biri yox idi, var idi……Milli-mentalitetimiz var idi, teatrımız var idi, kinomuz var idi. Avropaya pəncərə açıldı, nədənsə biz bu pəncərədən baxanda, keçəndə yaxşı şeyləri görüb, götürə bilmədik. Avropadan isə başqa materiklərə, qitələrə tunel qazdıq. Bu tunnel isə gedib gələn gənclər…. Ümumiyyətlə mənəviyyatlarını itirdilər sanki, təbii ki, bu mənliyinə hörmət edən insanlara aid deyil. Ordan bura ...
 

“Təqdimat Bacarıqları” adlı təlim keçirildi
25/09/2008
“Təqdimat Bacarıqları” adlı təlim keçirildi
20 sentyabr tarixində İRƏLİ Ümumrespublika Gənclər Hərəkatının mərkəzi qərargahında Natiqlik-Ritorika Klubunun təşkil etdiyi növbəti təlim kursu baş tutdu. “Təqdimat Bacarıqları” adlı bu təlim kursunda iştirakçılara təlimçiliyin sirləri, kütlə qarşısında sərbəst çıxış etmək bacarıqları haqqında ətraflı məlumat verildi. Bundan əlavə iştirakçılara effektli şəkildə təlim hazırlama qaydaları öyrədildi. Qeyd edək ki, sözü gedən təlim kursunda 13 nəfər İrəli üzvü iştirak edirdi. ...
 

İntellekt liseyi “Neftçilər” gününə həsr olunmuş tədbir keçirib
25/09/2008
İntellekt liseyi “Neftçilər” gününə həsr olunmuş tədbir keçirib
Yeni dərs ilinin başlanması ilə 6 saylı İntellekt liseyi də artıq öz fəaliyyətinə başlayıb. Hər zaman fəal olan və hər bir sahə ilə bağlı bir sıra tədbirlər təşkil edən İntellekt liseyinin Məktəb Parlamenti silsilə tədbirlərini davam etdirir.

Bu dəfə də Məktəb Parlamenti “Neftçilər” gününü yaddan çıxarmayıb. Belə ki, Parlamentin təşəbbüsü ilə 20 sentyabr tarixində məktəbin akt zalında “Neftçilər” gününə həsr olunmuş tədbir keçirilib. Tədbir yüksək səviyyədə təşkil edilmişdi.

Tədbirdə Azərbaycan Dövlət Neft Şirkətinin vitse-prezidenti Babazadə Muxtar, məktəbin şagird və müəllim heyəti, Məktəb Parlamentinin koordinatoru Orxan Muxtarlı iştirak edib.

“Neftçilər” gününə həsr olunmuş tədbir üç hissədən ibarət idi. Birinci hissədə Məktəb Parlamentinin üç üzvü azərbaycan, rus və ingilis dillərində maraqlı və geniş şəkildə ...
 

"Ramazan ayı və Mənəvi Yüksəliş” mövzusunda diskussiya
25/09/2008
"Ramazan ayı və Mənəvi Yüksəliş” mövzusunda diskussiya
Hamıya məlumdur ki, bu ay 11 ayın sultanı Ramazan ayıdır. Elə bu münasibətlə də “Vətənpərvərlər klubu” 14 sentyabr tarixində İRƏLİ ÜGH-nın mərkəzi qərərgahında "Ramazan ayı və Mənəvi Yüksəliş" mövzusunda diskussiya təşkil etdi.

Görüşün qonağı isə artıq bir dəfə İRƏLİ-də olmuş və öz savadı ilə hamının marağını cəlb edən "Mənəvi Saflığa Dəvət" İctimai Birliyi və “Yeni Şərq” Elmi Araşdırmalar Mərkəzinin sədri Elşən Mustafayev idi. Söhbətə başlamamışdan əvvəl Hacı ...
 

İki İRƏLİ gənci “Həyat Naminə” adlı medal ilə təltif olundu
25/09/2008
İki İRƏLİ gənci “Həyat Naminə” adlı medal ilə təltif olundu
Yaxşı insan hər zaman yardım etmək istəyir. Yardımın da öz növləri var - maddi yardım, mənəvi yardım və s. Ancaq başqa bir cür də yardım var. Bu yardım ALLAHın sənə verdiyi əmanət ilə yardım etməkdir. Bu qandır. “QAN” hər birimizin yaşamında böyük rol oynayan bir maye halında olan önəmli məhlul.

Aramızda elə insanlar var ki, onlara mütəmadi qan köçürülməsə onlar bu həyatdan köçə bilərlər. Bu cür xəstəliyə ...
 

Seçki ilə bağlı keçirilən təlimdə səsverməyolu ilə qalib müəyyən olundu
25/09/2008
Seçki ilə bağlı keçirilən təlimdə səsverməyolu ilə qalib müəyyən olundu
Oktyabr ayında Azərbaycanda keçiriləcək prezident seçkiləri mühüm və məsuliyyətli bir prosesdir. Bu prosesə hər bir vətəndaş hazır olmalı və fəal iştirakını təmin etməlidir. «İrəli» Ümumrespublika Gənclər Hərəkatı da gənclərin seçki sahəsində maariflənməsinə böyük önəm verir və bu məqsədlə bir sıra mühüm addımlar atır. Bildiyiniz kimi artıq sentyabr ayının 5-dən başlayaraq «İrəli»də fəaliyyət göstərən Politoloqlar klubu «İrəli» üzvləri arasında «Gənclər seçir, seçilir» adlı təlim keçirib. Təlimin birinci hissəsi uğurla sona çatıb.

Təlimin keçirilməsində əsas məqsəd gənclərdə seçki prosesinə marağın artırılması, onların həm nəzəri, həm də praktiki məlumatlandırılması, qarşıdan gələn seçkilərdə fəal iştirakının təmin olunması idi. Qeyd edək ki, təlimin birinci hissəsində iştirakçılara seçki sistemləri, seçki qanunvericiliyi, seçki hüququ, seçkilərə hazırlıq, namizədlərin irəli sürülməsi, imici və təbliğat kampaniyası, Mərkəzi Seçki Komissiyasının tərkibi, fəaliyyəti haqqında geniş məlumat verilmişdi. Həmin gündən etibarən iştirakçılar arasından 5 nəfər namizəd müəyyənləşdirilərək təsdiq olundu ...
 

 
Prezidenti desteklemeyimizin 100 SEBEBI

IRELI.AZ
IRELI.AZ
IRELI.AZ
IRELI.AZ

       Elanlar
1. “Bizlər psixoloqun gözü ilə” adlı diskussiya-görüş. 11 oktyabr saat 12:00-da

2. Layihələr departamenti 4-5 Oktyabr tarixlərində saat 11:00-dan 15:00-dək İRƏLİ ÜGH-nın mərkəzi qərargahında “Layihə təklifinin hazırlanması və layihələrin idarə edilm

3. 22 sentyabr tarixindən başlayaraq Hüquqşünaslarla Debat klubu “Street law” proqramına uyğun olaraq təlimlərə başlayacaq.

4. Natiqlik –Ritorika klubu təqdim edir... “Presentation skills – Təqdimat bacarıqları” adlı təlim

IRELI Forum

       Sorğu
Karyeranızı hansı sahədə qurmağa üstünlük verirsiniz?
Dövlət qulluğu
Özəl sektor
QHT sektoru


[Nəticələr] [Digər]




Y. Məmmədəliyev 21
Telefon: (994-12) 498 88 88 / Fax: (994 12) 498 88 89
ireli@ireli.az   www.ireli.az | 2007
Hosted by myNetra ©