Reklam verin!

Goranboyda tehsil

Yazar: tamerlanbey

Təhsil millətin gələcəyidir

Ölkəmizdə hərtərəfli inkişaf mexanizminə istinadən hazırda təhsil sahəsi də özünün inkişaf mərhələsini yaşayır. Ümumilli liderimiz Heydər Əliyev tərəfindən əsası qoyulmuş Təhsil İslahatı Proqramına Ölkə prezidenti cənab İlham Əliyevin təhsil sahəsində imzaladığı Fərman və sərəncamların yerinə yetirilməsi nəticəsində uğurla davam etdirilir. Ölkə rəhbərliyi tərfindən təhsilin inkişafına göstərdiyi yüksək diqqət və qayğıya cavab olaraq son illər Goranboy rayonunuda da məktəblərin maddi-texniki və tədris bazasının möhkəmləndirilməsində, təhsilin inkişafında, şagirdlərin təlim-tərbiyəsində, təlim kefiyyətində xeyli müvəffəqiyyətlər əldə olunmuşdur.

«Regionların sosial-iqtisadi inkişafı haqqında» Dövlət Proqramına uyğun olaraq 2007-ci ildə Şəhər 1 saylı orta məktəb üçün 480 yerlik 24 sinif otağı olan əlavə tədris korpusu tikilib istifadəyə verilmiş, Balakürd kənd orta məktəbi əsaslı təmir olunmuş, Xınalı kənd orta məktəbi üçün 60 yerlik 3 sinif otağı tikilib istifadəyə verilmişdir. Məktəblər yeni inventar və avadanlıqlarla təchiz olunmuşdur. Ümumiyyətlə 2007-ci il ərzində 299 min manatlıq təmir-tikinti işləri aparılmış, 64 min 870 manatlıq inventar və avadanlıq alınmışdır.
2005-2006-cı illər ərzində Heydər Əliyev Fondunun təşəbbüsü ilə «Yeniləşən azərbaycan yeni məktəb» proqrammı çərçivəsində rayonda 1000 şagird yerlik 5 məktəb tikilib istifadəyə verilmiş, həmin məktəblərdə tədris üçün hər cür şərait yaradılmışdır. Bir müddət əvvəl şagird masasına ehtiyac olduğu halda hazırda bu məktəblərdə şagirdlərimiz internet vasitəsilə dünya informasiya xəttinə qoşulmağa qadirdir. Gənclərin asudə vaxtını səmərəli keçirmək məqsədilə Goranboy şəhərinin mərkəzində idmanın 8 növü üzrə yarışların keçirilməsinə imkan verən İdman Sarayı tikilib istifadəyə verilmişdir.
«Ümumtəhsil məktəblərinin İnformasiya Kommunikasiya Texnologiyaları ilə təminatı» Dövlət Proqramının (2005-2007-ci illər) tələblərinə əsasən hazırda rayonun 69 məktəbində 461 komputer və 13 dəst Nootbuk və proyektorlar quraşdırılmış və onlar tədris diskləri ilə təmin olunmuşdur. Məktəblərin informasiya fənnini tədris edən müəllimlərin hamısı kurslardan keçmiş, V-XI siniflərdə hər 33 şagird 1 komputer nisbəti təmin edilmişdir.

«Yoxsulluğun azadılması haqqında» Dövlət Proqramına uyğun olaraq dərs ilinin əvvəlində I-XI sinif şagirdləri üçün 91 adda 67 min 60 nüsxə dərslik pulsuz olaraq məktəblərə paylanmış, latın qrafikası ilə çap olunan 247 adda 39 min 734 nüsxə bədii və elmi ədəbiyyatlar ölkə prezidentinin hədiyyəsi kimi məktəblərin kitabxanalarına verilmişdir.
İstedadlı şagirdlərin aşkara çıxarılması, onların arzu və maraqlarına uyğun ixtisas və peşəseçmə vərdişlərini formalaşdırmaq üçün «İstedad Bankı» yaradılmışdır.
2007-2008-ci dərs ilində fənn olimpiadalarının I turunda 831 nəfər şagird iştirak etmiş, 76 nəfər I turun qalibi olmuş, II turda onlardan 6 nəfəri Respublika turunun iştirakçısı adını qazanmışdır.

Ümumilli lidermiz Heydər Əliyevin azərbaycançılıq ideyasından nəşət edən Milli ruhda tərbiyə, vətənpərvərlik, azərbaycançılıq tərbiyəsi əsas məsələlərdən olmuşdur. Ona görə də Milli-mənəvi dəyərlərə əsaslanan tərbiyə, vətənpərvərlik və azərbaycançılıq tərbiyəsi ilə əlaqədar məsələlər həmişə gündəmdə durmuş və bu sahədə xeyli işlər görülmüşdür.

2006-2007-ci dərs ilində orta məktəbi bitirən məzunlardan ali məktəbə qəbul olunmaq üçün sənəd vermiş, 899 nəfərdən 347 nəfəri ali və orta ixtisas məktəblərinə qəbul olunmuşdur ki, bu da əvvəlki ildən 39 nəfər çoxdur. 6 nəfər 600-dən yuxarı bal toplamışdır. Şadılı kənd orta məktəbinin məzunu Günay Əhmədova 662 balla Prezident təqaüdünə layiq göürülmüşdür. 5 nəfər Ali Hərbi məktəblərə qəbul olunmuşdur. Rayon üzrə 1 məktəbdə təlim rus dilində, 2 məktəbdə azərbaycan-rus dilində, 78 məktəbdə isə təlim azərbaycan dilində aparılır. Cəmi məktəblərin sayı 81-dir. Bunlardan 60-ı orta, 11-i əsas, 10-u isə ibtidai məktəblərdir. Hazırda 1294 sinif komplektində 17997 nəfər şagird təhsil alır. Onların təlim-tərbiyəsilə 3067 nəfər müəllim məşğul olur ki, bunlardan 2766 nəfəri ali, 140 nəfəri orta pedoqoji təhsillilər, 161 nəfəri təhsilini davam etdirənlərdir. Müəllimlərdən 4 nəfəri «Əməkdar müəllim», 2429 nəfəri I dərəcəli müəllimdir. 3 ilə qədər stajı olan gənc müəllimlər 82 nəfərdir. Müəllimlərin ümumi sayından 2514 nəfəri qadınlar, 553 nəfəri isə kişi müəllimləridir. 3 nəfəri orden və medallarla təltif olunmuş, 22 nəfər Qabaqcıl təhsil işçisidir.

Rayonda 5 məktəbdənkənar müəssisə, 30 məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir.
Təhsilimizin bu günkü reallığı tam əminliklə deməyə əsas verir ki, ümumilli Lidermiz Heydər Əliyevin rəhbərliyi ilə təhsil sahəsində aparılmış köklü islahatların məqsədi yalnız hərtərəfli biliyə və savada malik insanlar yetirmək yox, həm də müstəqil, demokratik, açıq cəmiyyət quruculuğu işində fəal iştirak edən əsl vətəndaşlar tərbiyə etməkdir. Heydər Əliyevin «Təhsil millətin gələcəyidir» müdrik fikirinin əsas məqəsdi də məhz bundan ibarət olmalıdır.

          Menbe: http://www.goranboy-ih.gov.az

             Goranboy

 

Baxış sayı: 101

Bookmark and Share

İ l h a m l a i r e l i . a k s i y a s ı

Yazar: tamerlanbey

Hörmetli istifadeçiler! İlhamlaireli

aksiyasında bloglar bolmesine

aşağıdakı ünvanı seçmekle daxil

ola bilersiniz!

http://www.ilhamlaireli.az/browse.php?sec_id=6

 

Eger aksiyada menim de iştirak

etdiyim sehifeye daxil olmaq

isteyirsinizse aşağıdakı ünvanı seçin:

http://www.ilhamlaireli.az/browse.php?sec_id=8&pn=17

Baxış sayı: 135

Bookmark and Share

Gənclərin gələcəyinin qurucusu

Yazar: tamerlanbey

İlham
İlham Heyder
oglu Aliyev
geleceyimizin
qurucusudur !

 

                                                  .

Davamı...

Baxış sayı: 254
yazı 
Bookmark and Share

  Yazılar cəmi: 3