Novruz
Yazar: tamerlanbey
Novruz
Tarixi çox qədim olan Novruz bayramı hər il
xalqımız tərəfindən böyük təntənə ilə, şadlıq
və sevinclə qeyd olunur, çünki Novruz
xalqımızın varlığını özünde tecessüm eden
bir bayramdır! Novruz bayramı təzə ili, baharın
ilk gününü qarşılamaq, təbiətin oyanışına
sevinmək deməkdir.Əsrlərin sınağından
çıxmış mənəvi dəyərlərimizi, adət-
ənənələrimizi özündə yaşadan Novruz
insanlar arasında birliyin və mehribanlığın
möhkəmləndirilməsi, onların bir-birinə
mərhəmət və diqqət göstərməsi kimi
sağlam bir təməl yaratmışdır və bu ənənə
bu gün xalqımız tərəfindən layiqincə
qorunub saxlanılır. Novruz həm də xarici
ölkələrdə yaşayan azərbaycanlıların milli
birlik bayramıdır. Ölkə hüdudlarından
kənarda yaşayan bütün azərbaycanlılar bu
bayramı böyük sevinc və qürur hissi ilə qeyd
edir, digər azərbaycanlı həmvətənliləri ilə
görüşür, bayramlaşır, yardımlaşırlar. Bu isə
butun azərbaycanlıların həmrəyliyi deməkdir.
Bu əziz bayram ərəfəsində hər bir
azərbaycanlıya, hər bir ölkə vətəndaşına,
onların ailələrinə səadət, firavanlıq,
cansağlığı və həyatdakı bütün gözəlliklərə
nail olmağı arzu edirik və bol uğurlar,
müvəffəqiyyətlər diləyirik.Novruz Şimal
yarımkürəsində astronomik yazın başlandığı,
gecə-gündüz bərabərliyi günündə, yəni Martın
20, 21, 22 də keçirilir.. Qədim zamanlardan
başlayaraq İran, Əfqanıstan, Tacikistan,
Özbəkistan və bəzi başqa şərq xalqları
ilə yanaşı azərbaycanlılar da martın 21-i
tarixini baharın - yeni ilin gəlişini
şənliklərlə qarşılayırdılar. Hal-hazırda martın
21-i İran və Əfqanıstanda rəsmi təqvimin ilk
günü sayılır. Hər bir xalq bu bayramla bağlı
etnik, yerli milli xüsusiyyətlərinə uyğun,
özünəməxsus mövsum nəğmələri, mərasim
nəğmələri, həmçini bayram adət-ənənələri
yaratmışdır, bütün bunlar da Novruz
bayramının illər boyu məxsusi qeyd
edilməsinə səbəb olmuşdur!Novruz bayramının
mənşəyi, onunla bağlı əsatirlər, miflər
qədimdir. Tədqiqatçılar Novruz bayramının
məhz yaxın şərqin qədim əkinçiliklə məşğul
olan xalqlar arasında meydana gəldiyini
söyləyirlər. Əsrlər boyu dini xadimlər,
müxtəlif təriqət nümayəndələri bu bayramı
təbii və tarixi köklərindən ayırmağa çalışmış,
ona dini, mövhumi libas geyindirməyə
cəhd göstərmişlər. Lakin, əksər xalqlar, o
cümlədən azərbaycanlılar bahar bayramının
əsl mahiyyətindən doğan bir sıra adət-
ənənələri, oyunları indiyədək saxlamış və
bu bayramın yazın gəlişinin sevinci,
əkinçilik təqvimi etiqadlarının
möhkəmləndirilməsi üçün qeyd etmiş
və etməkdədirlər! Təbiətin, həyatın
oyanması Novruzdan başlanır və azərbaycan
xalqı bunu çox təntənəmi və həm də hələ
bir ay qalmışdan qeyd etməyə başlayır. Belə ki,
hər həftənin üçüncü günləri Su Çərşənbəsi,
Odlu Çərşənbə, Torpaq Çərşənbə və Axır
Çərşənbə günləri qeyd olunur. Xalq
mövhumatına əsasən birinci çərşənbə günü
su və su mənbələri təzələnir və hərəkətə gəlir,
ikinci çərşənbə od, üçüncü çərşənbə yer,
dördüncü çərşənbə küləyin köməyilə ağaclar
cücərir və baharın gəlməsindən xəbər verir.
Xalq arasında elə təsəvvür yaranır ki, külək
sudan da, oddan da, yerdən də güclüdür.
Bu çərşənbAzərbaycanda adətə görə
Novruiz bayramında göyərdilən səməni
yazın gəlməsinin, təbiətin canlanmasının,
əkinçiliyin rəmzidir. Azərbaycan kəndlisi
səməni göyərtməklə növbəti təssərrüfat
ilinə bərəkət, bolluq arzulamış, bayrama dörd
həftə qalmış, hər çərşənbə axşamı və bayram
günü tonqal qalamaqla, mahnı (“gün çıx!”
nəğməsi və s.) qoşmaqla oda, atəşə, günəşə
olan etiqad və inamını ifadə etmişdir.
Göründüyü kimi bütün bu mərasimlər
İslamdan çox-çox əvvəl mövcud olmuş qədim
şərq ənənələrinin davamıdır.Bir daha
bütün azərbaycanlı həmyerlilərimizi
Novruz bayramı münasibətilə təbrik edirəm!
Onlara tekce Novruz bayramında deyil
bütün bayramlarda, bütün günlərdə bu
qeder sevincli, xoşbəxt və firavan g
örməyi arzulayıram! Xaricdə yaşayan
azərbaycanlı hemvetenlilerimize de həyatda
olan bütün gözəllikləri və ələlxüsus milli birlik,
milli həmrəylik arzulayıram! İnanıram ki,
doğma vetenimiz, odlar yurdu Azərbaycanın
bütün sahələrdəki yüksək inkişaf tempi
növbəti novruz bayramını Azərbaycanın
dağlıq guşəsi olan ezeli ve ebedi torpağı
Qarabağda keçirəcək ve hemin
bayram tedbirlerinde mecburi qaçqın
ve köçkünlərimizxüsusi can-fəşanlıqla iştirak
edecekler!Bayramınız mübarək!
Tamerlan Dəmirbəyli
Şagird Komitəsinin sədri




