Reklam verin!

Təhsil haqqında

Yazar: tamerlanbey

Ümummilli liderimiz H.Əliyevin təhsil haqqında məruzəsi Azərbaycanda təhsilin qədim və zəngin tarixi vardır. Biz tarixin bütün mərhələlərində Azərbaycanda müəllimin, təhsilin rolunu qiymətləndiririk. Azərbaycanda təhsil, xalqımızın maariflənməsi XX əsrin əvvəlindən böyük sürətlə inkişaf edibdir və XX əsrin sonunda müstəqil Azərbaycan Respublikası böyük müəllim ordusuna, geniş təhsil şəbəkəsinə və yüksək təhsilə malikdir. XX əsrin əvvəlində Azərbaycan müəllimlərinin birinci, ikinci qurultayları keçirilibdir. Bu gün biz əsrin sonunda müstəqil Azərbaycan müəllimlərinin qurultayını keçirərkən əsrin əvvəlində, Azərbaycan Çar Rusiyasının tərkibində olduğu, təhsilin bir hissəsinin ruhanilərin, digər qisminin isə çar hakimiyyətinin əlində olduğu bir zaman xalqımızın mütəfəkkir insanlarının müəllimlər qurultayı keçirməsini yüksək qiymətləndirməliyik və bunu böyük minnətdarlıqla qeyd etməliyik. 1918-1920-ci illərdə Azərbaycanda fəaliyyət göstərmiş Xalq Cumhuriyyəti qısa bir dövr ərzində bir çox başqa məsələlərlə yanaşı, xalqımızın maariflənməsinə, Azərbaycanda təhsilin yaranmasına diqqət yetirmişdir və müəllimlər qurultayını keçirmişdir. 1919-cu ildə Azərbaycanda ilk ali məktəb - Bakı Dövlət Universiteti yaradılmışdır. Biz bu gün bu tarixi hadisələri də qiymətləndirməliyik və minnətdarlıq hissi ilə qeyd etməliyik. Sonrakı 70 il ərzində Azərbaycan sovet hakimiyyəti dövrünü yaşamışdır. Biz bu gün iftixar hissi ilə deyə bilərik ki, o dövrdə Azərbaycan xalqı kütləvi surətdə maariflənmiş, savadlanmış, respublikamızda hər bir adamın təhsilə cəlb olunması məsələsi həll edilmişdir. Azərbaycanda savadsızlıq qısa bir zamanda ləğv olunmuşdur, respublikamızda güclü, zəngin təhsil potensialı, təhsil ocaqları və bu qədər gözəl müəllimlər ordusu yaranmışdır. Bilirsiniz, tarixi nöqteyi-nəzərdən 70-80 il göz qırpımı kimi bir şeydir. Bu, kiçik bir zamandır. Amma görün, bu illərdə nə qədər böyük işlər görülübdür. Azərbaycanın siması dəyişibdir. Ötən dövrdə Azərbaycanda iqtisadiyyat, mədəniyyət, həyatın bütün sahələrində, elm sahəsində əldə olunmuş nailiyyətlərin başında duran, onun əsasını təşkil edən, kökü olan məktəbdir, təhsildir, müəllimdir. 1918-1920-ci illərdə Azərbaycanda ilk paralel proses gedirdi. Bir tərəfdən, o vaxt Azərbaycanda mövcud olan kiçik bir müəllim dəstəsi ilə məktəblər, təhsil ocaqları yaratmaq, insanların savadsızlığını ləğv etmək lazım idi. Ancaq bu böyük işi görmək üçün eyni zamanda, kadr potensialı, müəllim ordusu yaratmaq lazım idi. Böyük xoşbəxtlikdir ki, o dövrün bir çox mənfi cəhətləri ilə, Azərbaycan xalqına dəyən ziyanlarla yanaşı, bu sahədə daim inkişaf olubdur. Qısa bir zamanda, təsəvvür ecin, 1920-ci illə 1930-cu il arasında Azərbaycanda bir neçə ali məktəb yaranıbdır. Bakı Dövdət Universiteti inkişaf edibdir. Amma qısa müddətdə Bakı Dövlət Universitetinin əsasında Tusi adına Pedaqoji İnstitut - indiki Pedaqoji Universitet, Tibb İnstitutu, İqtisad İnstitutu və başqa institutlar yaranıbdır. 

Davamı...

Baxış sayı: 95

Bookmark and Share

Uşaqları Beynəlxalq Müdafiə günü

Yazar: tamerlanbey

01 iyun-Uşaqlar Beynəlxalq Mügafiə günü tədbirində aparıcıların  proqramı Salam əziz və hörmətli tədbir iştirakçıları, əziz uşaqlar Hər vaxtınız xeyir olsun!1 İyun uşaqların həyatında ən əlamətdar gündür!Bu gün bütün dünya uşaqları 01 iyun-Uşaqlar Beynəlxalq Mügafiə gününü  qeyd edir!Bu bayram günündə bütün uşaqları təbrik edir, onlara xoşbəxtlik, sevinc  arzulayırıq!Gəlin, elə bu an uşaqların ifasinda gözəl bir şeirə qulaq asaq! Çıxış edirlər: Xuraman, Ceyhunə, Nicat və Aytac! Azərbaycan Respublikasında hər bir uşağın inkişafına diqqət yetirilir! Təkcə uşaqların inkişafı sahəsində deyil, bütün sahələrdəki sürətli inkişaf cənabprezidentimiz İlham Əliyevin adı ilə bağlıdır!İndi isə, gəlin “Gələcəyə inamla” mahnısını dinləyəkQeyd edək ki, mahnının sözləri və musiqisi Ailə və uşaqlara DəstəkMərkəzinin direktoru, əziz müəlliməmiz Xatirə Vəliyevanındır! 1950-ci ildən qeyd olunan   Uşaqlar Beynəlxalq Mügafiə gününün əsas  məqsədi  dünya ictimaiyyətinin diqqətinin uşaqların müharibə təhlükəsindən qorunmasına,sağlamlıqlarının mühafizəsinə, onların təhsil və tərbiyəsinindemokratik ənənələr əsasında qurulmasına yönəldilməsindən ibarətdir!Gəlin, indi Pəri,Vüsal, Pərviz və Rəhmanın ifasında məzəli rəqsə tamaşa edək Cəmiyyətimizdə uşaqlara qarşı xüsusi qayğının yaranması AzərbaycanRespublikasının qurucusu, memarı olan ümummilli liderimiz Heydər Əliyevinadı ilə bağlıdır. Ulu öndər uşaqları çox sevər və onların rifahının yaxşılaşdırılması üçün əlindən gələni edərdi!Ümummilli lider Heydər Əliyev hər zaman deyərdi: “Uşaqları sevin, uşaqlar  bizi gələcəyə aparan yoldur! Uşaqlar dünyanın sevincidir! Uşaqlar bizim bugünümüz və sabahımızdır!” İndi isə, Süleymanova Aygünün ifasında Xilaskar poemasından bir parçanıdinləyək! Ümummilli liderimiz Heydər Əliyevə həsr olunmuş mahnı. Çıxış edirFeyzullayev Fəxri      Hal-hazırda Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri millət vəkili Mehriban xanım Əliyevanın təşəbbüsü iləyüzlərlə məktəbin tikintisi və əsaslı təmiri, xüsusi qayğıya ehtiyacı olan uşaqlarındiqqət mərkəzində saxlanılması bu qayğının təzahürüdür!  Aytən:   Gəlin, indi Pəri, Nigar, Rübabə, Pərviz, Rəhman, Rübabənin ifasında valsrəqsinə tamaşa edək Uşaqlar mənsub olduqları ölkənin gələcəyi, işıqlı sabahıdır!İndi isə oğlanlardan ibarət kvartetin ifasında “Dörd dost” mahnısını dinləyək ŞeirŞeirİndi isə, “Tellərini yan dara qız” rəqsinə tamaşa edək. Çıxış edir “Çinarə” rəqsqrupu Bugün Respublikamizda olduğu kimi rayonumuzda da abadlıq quruculuq işləri  geniş vüsət alıbRayonumuzun siması gündən-günə gözəlləşir və bu sürətli inkişaf hər birgoranboylunun qəlbində fərəh hissi oyadır!Uşaqlara qayğının nümunəsi kimi rayonumuzda təhsilə, mədəniyyətə, idmansahəsinə xüsusi qayğı güstərilir, gənclərin vaxtlarının səmərəli təşkili, əhalininistirahəti, uşaqların inkişafı üçün böyük işlər görülür. Bütün bunlara görəcənab başçımız Elşən Abasova bütün goranboylular adından dərin hörmət vəehtiramımızı bildiririk! Gəlin, gözəl bir şeirə qulaq asaq. Çıxış edirlər Rəqsanə və Roman Ümummilli liderimiz hakimiyyətə gəldikdən sonra separatizmə uğrayanAzərbaycanı dirçəldib siyasi sabitliyi bərqərar edib iqtisadiyyatın inkişafını   təmin etməklə yanaşı insan hüquq və azadlıqlarının təmin olunması  sahəsinə ,uşaqların  hüquqlarının qorunması sahəsinə xüsusi diqqət yetirdi.Elə bu diqqətin nəticəsidir ki, 1998-ci il mayın 19-da “Uşaq hüquqlarıbarədə” Azərbaycan Respublikasının qanunu qəbul edildi. Bu gün isə cənab prezidentimiz İlham Əliyevin uğurlu siyasəti nəticəsində hər bir uşağınüzü gülür və hər bir  vətəndaşın rifahı yüksəlir!İndi isə, musiqisi Xatirə Vəliyevaya məxsus olan “Heydərçilərik biz”mahnısını dinləyək Uşaqlara dövlət qayğısı sahəsində Ailə, Qadın və Uşaq Problemləri üzrəDövlət Komitəsinin işini də xüsusi qeyd etmək lazımdır!Rayonumuzda Ailə və Uşaqlara Dəstək Mərkəzinin fəaliyyət göstərməsiKomitənin uşaq problemləri sahəsinə göstərdiyi qayğınin baris nümunəsidir!Gəlin, indi isə “Günəş” rəqsinə tamaşa edək! Çıxış edir Vəliyeva Məhsəti. Çıxış edir Çinarə rəqs qrupu İndi isə sizə kiçicik bir səhnə təqdim edəcəyik!Qeyd edək ki, bu səhnəcikdə uşaqların qidalanma, istirahət, əyləncə, tibb vətəhsil hüquqları pozulmuşdur!Arzu edirik ki, səhnəcikdə qarçılaşacağımız problemlərlə real həyatdaqarşılaşmayaq!Buyurun, tamaşa edək!   İndi isə sözü Ailə və Uşaqlara Dəstək Mərkəzinin direktoru Xatirə Vəliyevayaverək  Bugün Azərbaycan Respublikası  uşaq hüquqlarının qorunması sahəsində birçox ölkələr üçün nümunədir. Biz-hamımız ölkəmizdə uşaqlara qarşı göstərilən . bu diqqət və qayğıdan razıyıqBütün uşaqlar da, bütün gənclər də, bir sözlə-hamı  Heydər Əliyev yolu iləgetməyə və onun davamçısı olan İlham Əliyevin siyasəti altında həmrəyolmağa hazırdır və hazır olacaqdır. Biz fəxr edirik ki, rəhbəri İlham Əliyevolan Azərbaycan Respublikasında yaşayırıq  Beləliklə, Uşaqları Beynəlxalq Müdafiə gününə həsr olunmuş tədbirimiz sona çatdı.Sağolun, Salamat qalın

        Tamerlan bəy Dəmirbəyli

Baxış sayı: 68

Bookmark and Share

  Yazılar cəmi: 2